Türkiyə millisinin baş məşqçisi olmasına icazə verdilər

18 Sentyabr 2021 10:00 Türkiyə 1 392
Türkiyə millisinin baş məşqçisi olmasına icazə verdilər

Almaniya Futbol İttifaqı (DFB) 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Ştefan Kuntsun Türkiyə millisinin sükanı arxasına keçməsinə şərait yaradacaq.

Sportinfo.az xəbər verir ki, Türkiyə Futbol İttifaqı ilə anlaşacağı halda, 59 yaşlı mütəxəssisin müqaviləsinə xitam veriləcək.

DFB U-21 yığmasındakı uğurlu fəaliyyəti və TFF ilə xüsusi əlaqələrə görə Kuntsun karyerasında növbəti addımına mane olmaq istəmədiyini açıqlayıb: "Bu, həm də Almaniya və Türkiyə futbolu arasındakı dostluğun ifadəsidir".

Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş sentyabrın 10-da istefaya göndərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti