"Azərbaycanın yeni komandası var, ona görə çox futbolçunu tanımıram".
Sportinfo.az xəbər verir ki, bu sözlər Türkiyə millisinin baş məşqçisi Şenol Günəşə məxsusdur.
O, mayın 27-də Alanyada Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq görüşünə toxunub: "Əvvəlki heyətdən çıxışına bələd olduğum futbolçular var idi.
Hazırkı komandadan Bədavi Hüseynovu tanıyıram. "Qarabağ"da çıxış edir, müdafiəçidir. Hətta "Bursaspor"da işləyərkən onu transfer etməyi düşünürdük.
Ümumiyyətlə, "Qarabağ" son illər həm ölkə çempionatında, həm də avrokuboklarda uğurla çıxış edir. Bu mövsüm isə "Neftçi" onları qabaqladı. Bunun özü də böyük uğurdur".

