"Qalatasaray"ın hazırkı prezidenti Mustafa Cengiz yenidən seçiləcəyi təqdirdə baş məşqçi Fatih Terimlə yola davam etməyəcəklərini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 72 yaşlı funksioner bu barədə mətbuat konfransında bildirib.
İstanbul təmsilçisində mayın 22-ə təyin olunan seçkilər təxirə salınıb. Cengiz seçkilərdə namizədliyini vermək istədiyini söyləyib:
"İndiki namizədlərin kluba kömək edəcək səviyyədə olmadığını görsəm, namizədliyimi irəli sürəcəyəm. Qalib olacağım təqdirdə Fatih Terim klubda qalmayacaq".

