Əvvəlcə Azərbaycanla oyun, sonda Bakıya səfər - Türkiyə millisi toplanışa başlayır

18 May 2021 13:40 Türkiyə 1 112
Əvvəlcə Azərbaycanla oyun, sonda Bakıya səfər - Türkiyə millisi toplanışa başlayır

AVRO-2020-nin iştirakçılarından Türkiyə millisi bugündən bir araya gələcək.

Sportinfo.az xəbər verir ki, komanda Antalyada təlim-məşq toplanışına başlayacaq.

Ölkə kubokunun finalına qatılan futbolçular sabah, legionerlər isə iştirak etdikləri çempionatda mövsüm başa çatdıqdan sonra düşərgəyə qoşulacaq.

Toplanış çərçivəsində baş məşqçi Şenol Günəş ilk yoxlama matçını mayın 27-də Alanyada Azərbaycan millisinə qarşı keçirəcək.

Ayın 31-də Şimali İrlandiya görüş rəqibin səfərdən imtinası səbəbindən ləğv olunsa da, Türkiyə Futbol Federasiyası həmin günə rəqib tapmağa çalışır.

“Ay-ulduzlular” hazırlığın ikinci mərhələsi üçün iyunun 2-də Almaniyaya yollanacaq, ertəsi gün AVRO-2020 öncəsi Paderborn stadionunda son yoldaşlıq görüşündə Moldovanı sınağa çəkəcək.

Komanda qitə birinciliyinin açılış matçında üz-üzə gələcəyi İtaliya ilə oyun üçün iyunun 10-da Romaya yollanacaq. Ayın 11-dəki qarşılaşmanın ertəsi Bakıya gələcək Türkiyə millisi qrup mərhələsinin digər iki görüşünə hazırlığını paytaxtımızda davam etdirəcək.

Qardaş ölkə təmsilçisi iyunun 20-nə qədər Bakıda məskunlaşacaq.

İyunun 11-də Romada İtaliya ilə qarşılaşacaq Türkiyə yığması ayın 16-da Uels, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"