"Kağız üzərində favorit onlardır, amma biz birinci olmaq istəyirik"

14 May 2021 20:00 Türkiyə 715
"Kağız üzərində favorit onlardır, amma biz birinci olmaq istəyirik"

"Milli komanda mənim üçün hər kəsdən və hər şeydən önəmlidir. Onu qorumaq əsl vəzifəmizdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çempionatı üçün ilkin heyəti açıqlayan zaman mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bildirib ki, qazanılacaq uğur əhval-ruhiyyəni yaxşılaşdıracaq və komandada inamı artıracaq.

Güneş A qrupundakı şansları barədə bunları söyləyib: "Kağız üzərində favorit İtaliya yığmasıdır, Türkiyə, Uels və İsveçrə ikincilik üçün yarışacaq. Amma biz də qrupda birinci olmaq istəyirik".

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı