Türkiyə Super Liqasına vəsiqə qazanan 2 klub bilindi

10 May 2021 10:00 Türkiyə 2 646
Türkiyə Super Liqasına vəsiqə qazanan 2 klub bilindi

Türkiyə Super Liqasına vəsiqə qazanan 3 klubdan 2-si müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 1-ci liqanın son turunda "Adana Dəmirspor" çempionatı 1-ci, "Girəsunspor" 2-ci pillədə tamamlayaraq Super Liqaya vəsiqə qazanıblar.

Hər iki komanda eyni - 70 xal toplasa da, əlavə göstəricilərdə Adana təmsilçisi çempion olub. Beləliklə, "Adana Demirspor" 26, "Giresunspor" isə 44 ildən sonra ilk Super Liqada çıxış edəcəklər.

3-cü vəsiqə uğrunda son yer üçün "İstanbulspor", "Altay", "Altınordu" və "Samsunspor" pley-off-da mübarizə aparacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti