"Xəzər Lənkəran"ın eks baş məşqçisi özünə yeni klub tapdı

28 Aprel 2021 22:00 Türkiyə 1 063
"Xəzər Lənkəran"ın eks baş məşqçisi özünə yeni klub tapdı

Mustafa Dənizlinin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 71 yaşlı mütəxəssis TFF 1-ci liqa təmsilçisi "Altay"ı çalışdıracaq.

Klubdan yerli mətbuata verilən açıqlamada bu gün Dənizli ilə müqavilə imzalanacağı bildirilib.

Səviyyəcə Türkiyənin 2-ci liqası olan "Altay" hazırda 53 xalla 5-ci pillədə qərarlaşıb.

M.Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub. O, son olaraq Təbriz təmsilçisi "Traktor"u çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti