Falkao "Qalatasaray"a qayıtdı, qorunmaq üçün... FOTO

27 Aprel 2021 01:38 Türkiyə 1 503
Falkao "Qalatasaray"a qayıtdı, qorunmaq üçün... FOTO

"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkao komanda ilə məşqlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı hücumçu İstanbul təmsilçisinin 38-ci turda "Konyaspor"la matç üçün hazırlıq prosesinə qatılıb. Lakin o, üzündəki zədələr səbəbindən qorunmaq üçün xüsusi maskadan istifadə edib.

Falkao aprelin 11-də komandanın səhər məşqi zamanı Kərəm Aktürkoğlu ilə toqquşaraq, zədələnib. Hər iki oynuçu dərhal təcili yardımla xəstəxanaya çatdırılıb.

Kərəmin vəziyyətinin yaxşı olsa da, üzündə sınıqlar aşkarlanan Falkaoya narkoz altında müdaxilə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!