“Qalatasaray”la matça çıxmaq istəmədi, komandadan qovuldu

26 Aprel 2021 22:00 Türkiyə 1 948
“Qalatasaray”la matça çıxmaq istəmədi, komandadan qovuldu

“Trabzonspor”da yarımmüdafiəçi Abdülkadir Parmak heyətdən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

26 yaşlı futbolçu Super Liqanın 35-ci turunun “Qalatasaray”la səfər matçında (1:1) meydana çıxmaq istəmədiyi üçün məşqçilər tərəfindən komandadan uzaqlaşdırılıb.

Abdülkadir Parmak bu mövsüm “Trabzonspor”la Super Liqada 26 oyuna çıxıb. Yarımmüdafiəçinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR