Türkiyə klubunda növbəti baş məşqçi dəyişikliyi oldu

26 Aprel 2021 15:40 Türkiyə 525
Türkiyə klubunda növbəti baş məşqçi dəyişikliyi oldu

"Kayserispor"nda baş məşqçi dəyişikliyi olub.

Sportinfo.az xəbər verir ki, Superliqa təmsilçisi Hamza Hamzaoğlu ilə müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verib.

Klubdan yerli mətbuata verilən açıqlamada Hamzaoğlunu Yalçın Koşukavakın əvəzləyəcəyi bildirilib.

Onunla bu mövsümün sonunadək müqavilə imzalanacaq.

49 yaşlı mütəxəssisin son iş yeri "Denizlispor" olub. "Kayserispor" Superliqada 35 xalla 19-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti