Şenol Güneş millimizdən imtina edən futbolçunu Türkiyə yığmasına aparır

21 Aprel 2021 13:20 Türkiyə 1 902
Şenol Güneş millimizdən imtina edən futbolçunu Türkiyə yığmasına aparır

Azərbaycan yığmasında oynamaqdan imtina edən "Darmştadt"ın (Almaniya) futbolçusu Serdar Dursun Türkiyə millisinə çağırıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Şenol Güneşə "Sabah" qəzetinə açıqlamasında bildirib.

69 yaşlı mütəxəssis deyib ki, bütün türkiyəli futbolçuların millinin heyətində olma ehtimalı var:

"Türkiyə vətandaşı olan hansısa futbolçu istedadlıdırsa və ona ehtiyacımız varsa, heyətə cəlb edə bilərik. "Darmştadt"da çıxış edən Serdar Dursun da izlədiyimiz oyunçulardandır.

Ali Akman "Ayntraxt"da (Frankfurt) oynamır. İstedadlı futbolçu olsa da, forma şansı əldə etmir. Ona necə dəvət göndərim? İnanıram ki, qarşıdakı illərdə yığmada olacaq.

Avstriyanın "Rapid" (Vyana) klubundakı Ercan Kara ilə bağlı problemimiz var. O, Avstriya millisi ilə yoldaşlıq matçına çıxıb".

Serdar Dursun 2020-ci ilin iyulunda Türkiyə mətbuatına açıqlamasında Azərbaycan millisində oynamaq üçün təklif aldığını, lakin dəvəti qəbul etmədiyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu