"Qalatasaray"da prezidentdən istefasını tələb etdilər, razılaşmadı

17 Aprel 2021 22:00 Türkiyə 1 050
"Qalatasaray"da prezidentdən istefasını tələb etdilər, razılaşmadı

“Qalatasaray”da İdarə Heyətinin üzvləri klub prezidenti Mustafa Cengizdən istefa verməsini tələb ediblər.

Sportinfo.az xəbər verir ki, bu, İdarə Heyətinin iclasında baş verib.

Vitse-prezidentlər Abdurrahim Albayrak, Kaan Kançal və Yusuf Günayın da iştirak etdiyi toplantıda 7 nəfər prezidentdən istefa verməyi tələb edib.

Onlar son günlər klub daxilində yaşananların həm “Qalatasaray”a, həm də Mustafa Cengizin səhhətinə mənfi təsir göstərdiyini əsas gətiriblər. Lakin klub rəhbəri bu fikirlə razılaşmayıb və növbəti seçkilərə qədər vəzifəsindən ayrılmayacağını bildirib.

Mayın 29-da keçiriləcək seçkilərdə Burak Elmas, Mətin Öztürk, Tuncer Hunca və Əşrəf Hamamcıoğlu prezidentliyə namizədliyini irəli sürüb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!