Superliqa klubunun prezidenti: "Türkiyə futbolu Azərbaycandan geri qalır"

17 Aprel 2021 21:20 Türkiyə 1 777
Superliqa klubunun prezidenti: "Türkiyə futbolu Azərbaycandan geri qalır"

Türkiyə Super Liqasında çıxış edən "Fatih Karagümrük"ün prezidenti Süleyman Hurma ölkə futbolunun hazırkı vəziyyətini tənqid edib.

Sportinfo.az xəbər verir ki, funksioner "beIN Sports" telekanalına açıqlamasında Türkiyədə bu idman növünün getdikcə Azərbaycan və İran futbolundan geri qaldığını bildirib.

"Fatih Karagümrük" komandası Superliqada 33 turdan sonra 49 xalla 9-cu pillədə qərarlaşıb. Hurma geriləmədə hamının günahının olduğunu söyləyib:

"Şəxsi mənafeyimizə görə dövlətə futbolu necə idarə etməli olduğumuzu deyə bilmirik. Futbolla yaxından-uzaqdan əlaqəsi olmayanlar bizi mühakimə edirlər.

Qanunlarımızı və baxışımızı dəyişsək, "Beşiktaş", "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor" maksimum 5 ildən sonra Avropanın ən zəngin klubları arasında olacaq".

Digər Xəbərlər
Xəbər Lenti