"Fənərbağça"nın qapıçısı Bakıda forma geyinməyəcək? - Əlinə görə

17 Aprel 2021 22:40 Türkiyə 789
"Fənərbağça"nın qapıçısı Bakıda forma geyinməyəcək? - Əlinə görə

Türkiyə millisinin və "Fənərbağça"nın qapıçısı Altay Bayındır zədələnib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı qolkiper ötən gün məşq zamanı əlindən ağır xəsarət alıb.

Bu gün tibbi müayinədən keçən oyunçunun biləyində sınıq aşkarlanıb. Yaxın günlərdə əməliyyat olunacaq qapıçının mövsümün qalan matçlarında meydana çıxa bilməyəcəyi və yaşıl meydanlardan təqribən 3 ay uzaq qalacağı açıqlanıb.

Gənc qolkiperin Avropa çempionatını da buraxacağı gözlənilir.

Daha əvvəl Türkiyə millisinin və "Beşiktaş"ın hücumçusu Cenk Tosun zədələnərək, mövsümün vaxtından əvvəl başa vurub.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir.

Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!