"Beşiktaş"ın oyununda iki avtoqol, iki penalti və iki xal itkisi - VİDEO

17 Aprel 2021 01:24 Türkiyə 695
"Beşiktaş"ın oyununda iki avtoqol, iki penalti və iki xal itkisi - VİDEO

"Beşiktaş" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, lider İstanbul klubu 35-ci turda "Ankaragücü"nü qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.

"Beşiktaş" hazırda 71 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Fənərbaxça" 66 xalla 2-ci, "Qalatasaray" 62 xalla 3-cüdür.

"Beşiktaş" - "Ankaragücü" 2:2
Qollar
: Kulusiç, 45+5-avtoqol (1:0), 52-avtoqol (2:0), Paintsil, 65-pen (2:1), 90+3-pen (2:2)

Digər Xəbərlər
Xəbər Lenti