"Beşiktaş"ın hücumçusu Bakıya gəlməyəcək? - FOTOLAR

11 Aprel 2021 23:00 Türkiyə 1 179
"Beşiktaş"ın hücumçusu Bakıya gəlməyəcək? - FOTOLAR

Türkiyə millisinin və "Beşiktaş"ın ulduzu Cenk Tosun zədələnib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu Superliqanın XXXII turunda "Erzurumspor"u 4:2 hesabı hesabı ilə məğlub etdikləri oyunda sıradan çıxıb.

Tosun mövsümün qalan matçlarında oynaya bilməyəcək. Təcrübəli forvardın Avropa çempionatında da iştirak etməyəcəyi gözlənilir.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir.

Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu