Azərbaycan hökumətindən Türkiyə millisinə BÖYÜK JEST! - FOTOLAR

9 Aprel 2021 20:00 Türkiyə 6 115
Azərbaycan hökumətindən Türkiyə millisinə BÖYÜK JEST! - FOTOLAR

Azərbaycan hökuməti Bakıda keçiriləcək AVRO-2020-nin 4 oyununun hər birinə azarkeşlərin buraxılması ilə bağlı qərar qəbul edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub.

Sportinfo.az xəbər verir ki, bu qərar Türkiyə mediasında böyük səs-küyə səbəb olub.

Belə ki, qardaş ölkənin məşhur nəşrləri Türkiyə yığmasının Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunları zamanı "ay-ulduzlular"ı 35 min azarkeşin dəstəkləyəcəyi xəbərini tirajlayır.

Türkiyə millisi AVRO-2020-nin A qrupunda Bakıda iyunun 16-da Uelslə, iyunun 20-də isə İsveçrəylə qarşılaşacaq.

fgkjfgf

kklk

ghghg

Digər Xəbərlər
Xəbər Lenti