Türkiyə yığmasının onlarla bəxti heç gətirmir… FOTO

3 Aprel 2021 02:24 Türkiyə 780
Türkiyə yığmasının onlarla bəxti heç gətirmir… FOTO

DÇ-2022-nin seçmə mərhələsinə çox uğurlu başlayan Türkiyə Niderland (4:2) və Norveç (3:0) üzərindəki qələbələrdən sonra Latviya ilə evdə 3:3-lük bərabərliyə imza atdı.

Sportinfo.az xəbər verir ki, qardaş ölkə millisinin bu bərabərliyi gözlənilməz oldu.

Lakin Türkiyə - Latviya matçları ilə bağlı maraqlı statistikalar mövcuddur. Belə ki, latviyalılar “ay ulduzlular” üçün həmişə uğursuz rəqib olub.

Şenol Günəşin komandası indiyə qədər bu rəqiblə 7 dəfə üz-üzə gəlib. Tərəflər arasında 5 heç-heçə qeydə alınıb, 1 matçda Türkiyə qalibiyyətə sevinibsə, digərini Latviya qazanıb.

Qarşılaşmalardan 5-i rəsmi, 2-si isə qeyri-rəsmi oyun olub. Son 5 matç isə bərabər başa çatıb.

Türkiyənin bu milli üzərində qalibiyyəti isə 20-ci əsrin əvvəllərinə 1924-cü ilə təsadüf edib. Həmin ilin 22 iyununda Riqada baş tutan yoxlama görüşünü Türkiyə 3:1 hesabı ilə qazanıb.

Komandanın qollarını həmin zaman Zəki Rıza Sporel vurub. Həmin vaxt Türkiyənin prezidenti Mustafa Kamal Atatürk idi.

Türkiyə və Latviya arasında ən gərgin matçlar isə AÇ-2004-ün seçmə mərhələsində baş tutub. Pley-off mərhələsində ilk oyun 15 noyabr 2003-cü ildə Riqada keçirilən ilk matçda latviyalılar 1:0 hesablı qalibiyyətə sevinir. İstanbulda “İsmət İnönü” stadionunda baş tutan cavab matçında “ay ulduzlular” 2:0 önə keçir. Hər kəs Türkiyənin Avropa çempionatına vəsiqə əldə etdiyini düşündüyü anda rəqib hesabı 2:2 edir və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanır.

Türkiyə ilə Latviya növbəti dəfə 28 may 2013-də Almaniyanın Duysuburq şəhərində yoldaşlıq görüşü keçirir. Həmin matç da 3:3 hesabı ilə bitir. Abdulla Avcının baş məşqçisi olduğu komandanın qollarını Olcay Şahan, Selçuk İnan və Veysəl Sarı vurub.

AÇ-2016-nın seçmə mərhələsində Latviya yenə Türkiyə ilə eyni qrupa düşür və hər iki matç 1:1 hesabı ilə masa çatır.

Digər Xəbərlər
Xəbər Lenti