Super Liqa klublarında koronavirusa 19 yoluxma - ARAŞDIRMA

3 Aprel 2021 00:14 Türkiyə 350
Super Liqa klublarında koronavirusa 19 yoluxma - ARAŞDIRMA

Türkiyə Super Liqasında 3-5 aprel aralığında 32-ci turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, milli komandaların oyunlarına görə yaranmış fasilədən sonrakı ilk turun qarşılaşmaları öncəsi iştirakçı klubların kollektivləri koronavirus testindən keçiblər.

Bu oyunlar ərəfəsində Super Liqa iştirakçıları arasında bütövlükdə 16 yoluxma faktı qeydə alınıb. 21 klubdan yeddisində COVİD-19 testi pozitiv çıxan futbolçular aşkarlanıb. Ən çox yoluxma halı “Fənərbaxça”dadır.

Türkiyə Futbol Federasiyası 3 hakimin də koronavirus testinin pozitiv çıxdığını açıqlamışdı. Onları da nəzərə alsaq, Super Liqada hazırda koronavirus testi pozitiv çıxan 19 şəxs var.

Fənərbaxça – 5 yoluxma
Yeni Malatyaspor – 4
Beşiktaş – 2
Qalatasaray – 2
Başakşəhər – 1
Gənclərbirliyi – 1
Rizəspor – 1

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı