COP29

Türkiyədə qol şansından ən çox istifadə edən 5 hücumçudan biri azərbaycanlıdır - FOTO

15 May 02:50 Türkiyə 1 472
Türkiyədə qol şansından ən çox istifadə edən 5 hücumçudan biri azərbaycanlıdır - FOTO

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 2023/2024 mövsümündə Türkiyə Superliqasında qol şanslarından ən çox istifadə edən hücumçuların sırasında yer alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “DataMB Türkiye” siyahı açıqlayıb.

24 yaşlı forvard 22,727 % göstərici ilə beşinci pillədə qərarlaşıb.

Renat Dadaşov “Adana Dəmirspor”da çıxış edən MBaye Nyanq (29,630 %), “Qalatasaray”dan Mauro İkardi (23,596 %), “Pendikspor”dan Mam Tiam, “Kasımpaşa”dan Nuno da Koştadan ( hər ikisi 23,077 %) geri qalır.

Futbolçu ötən il İsveçrə təmsilçisi “Qrasshopper”dən “Hatayspor”a icarəyə verilib. O, cari mövsüm çempionatda 6 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"