“Çətin oyun idi, bilirdik ki, rəqibin hücum xətti çox güclüdür.
Üstəlik, standart vəziyyətlər zamanı da təhlükəli olurlar”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Quseynov deyib.
Premyer Liqasının 6-cı turunda “Sabah”la heç-heçə (2:2) etdikləri oyun barədə danışan rusiyalı legioner hər iki hissənin əvvəlində buraxılan qolları ən böyük səhvləri adlandırıb:
“Baş məşqçimiz əvvəldən tapşırmışdı ki, ilk 15 dəqiqədə diqqətli, maksimum konsentrasiyalı olaq.
Lakin bacarmadıq. Bu, bizim ən böyük səhvimiz idi.
Qapımızda erkən qol görsək də, özümüzü itirmədik. Daha çox qol vura bilərdik.
Qalib gəlməyimiz də mümkün idi. Təəssüf ki, yekunda cəmi 1 xalla kifayətləndik”.