İraqdan Azərbaycan klubuna – Bir qara qəpik ödəmədən

22 Mart 2023 12:40 Turan 2 972
İraqdan Azərbaycan klubuna – Bir qara qəpik ödəmədən

“Turan Tovuz” yeni transferini rəsmən açıqlayıb.

Klubun mətbuat xidməti Sportinfo.az-ın dünən yaydığı məlumatı az öncə ictimaiyyətə bəyan edib.

Tovuz təmsilçisi Panama millisinin üzvü Roderik Millerlə müqavilə imzalayıb.

30 yaşlı müdafiəçi indiyədək “Merida”(Meksika), “San Fransisko”(Panama), “Atletiko Nasyonal”(Kolumbiya), “Feyrense”(Portuqaliya), “Okjetpes”(Qazaxıstan), “Al-Kuva” və “Əl-Mina”da (hər ikisi İraq) çıxış edib.

Qərb təmsilçisi müqavilənin müddəti və şərtləri barədə məlumat verməsə də, bilirik ki, anlaşma 1,3 illik nəzərdə tutulub.

İki aydır klubsuz olan panamalı Azərbaycana sərbəst agent statusu ilə gəlib. Belə ki, “Əl-Mina” yanvarın əvvəlində Millerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Bu da İraq təmsilçisinin üzləşdiyi durumla əlaqədardır. “Əl-Mina” sponsor dəstəyini itirdiyindən, cari ilin əvvəlində bütün əcnəbi futbolçuları ilə vidalaşmaq məcburiyyətində qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!