"Mən sizdən daha yaxşı formadayam, qarnım yerindədir, bayıra çıxmayıb"

8 İyul 2024 16:20 Turan 3 255
"Mən sizdən daha yaxşı formadayam, qarnım yerindədir, bayıra çıxmayıb"

«Turan Tovuz»un yeni baş məşqçisi Kurban Berdiyev işə başladığı gündən futbolçuların fiziki hazırlığına ciddi diqqət yetirir.

Onun bununla bağlı fikirləri birmənalı, gördüyü tədbirlər sərtdir.

Belə ki, rusiyalı çalışdırıcı düşərgəyə əlavə kilo olaraq gəlmiş oyunçulara barmaq silkələyib.

Təcrübəli mütəxəssis başda Şəhriyar Əliyev olmaqla, hamıya xəbərdarlıq edib, artıq çəkini atrmayanları böyük məbləğdə cərimələyəcəyini bildirib.

«Rubin»ə iki dəfə Rusiya çempionluğu qazandırmış Berdiyev kapitanı misal çəkərək, «mən sizdən daha yaxşı formadayam, qarnım yerindədir, bayıra çıxmayıb» deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?