“Qardaşımın Belarusu təmsil etməsi qərarı özünə məxsusdur”

7 Sentyabr 2021 00:56 Tokio-2020 3 834
“Qardaşımın Belarusu təmsil etməsi qərarı özünə məxsusdur”

“Təəssüratlarım yüksək səviyyədədir. Hətta onu çatdıra bilmirəm. Adicə bir qızıl medal adamı həyəcanlandırır, o ki qala üç qızıl medal”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a Azərbaycana Tokio Yay Paralimpiya Oyunlarında üç qızıl medal qazandıran Roman Saley deyib.

27 yaşlı idmançı artıq dördqat Paralimpiya mükafatçısı olmasından danışıb: “Bəli, Rio Paralimpiya Oyunlarında 100 metr məsafəyə arxası üstə üzmədə gümüş medal qazanmışdım.

İndi isə üç qızıl medala sahib çıxdım. Ona görə də bir dəfə Paralimpiya Oyunlarının mükafatçısı, üç dəfə də qızıl medalçısı sayıla bilərəm”.

Roman Saleyin böyük qardaşı Dmitri də 2016-cı ildə keçirilmiş Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edib və iki dəfə gümüş medal qazanıb. Dmitri Saleyin niyə yenidən Belarusu təmsil etməsinin səbəbini soruşduq:

“O, Belarus adından bu Paralimpiya Oyunlarında iştirak etdi. Ancaq yer tuta bilmədi. Onun Belarusu təmsil etməsi qərarı özünə məxsusdur.

Buna qarışa bilmərəm. Mən isə əvvəldən Azərbaycanı təmsil etmişəm. Burada olmaqdan və Azərbaycan bayrağını qaldırmaqdan da xoşbəxtəm”.

Xəbər Lenti