Püşk atıldı - Ağayev Busa ilə eyni qrupda, digərləri isə...

4 Avqust 2021 14:40 Paris-2024 1 186
Püşk atıldı - Ağayev Busa ilə eyni qrupda, digərləri isə...

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarının püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, sabah start götürəcək turnirdə Azərbaycan karateçilərinin rəqibləri bəlli olub.

67 kq çəki dərəcəsindəki təmsilçimiz Firdovsi Fərzəliyev A qrupunda çıxış edəcək. Sabah mübarizəyə başlayacaq karateçimizin rəqibləri Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) olacaq.

Beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev (75 kq) püşkün nəticəsinə əsasən çətin qrupda yer alıb. O, əsas rəqibi olan italiyalı Luici Busa ilə B qrupunda mübarizə aparacaq.

Ağayevin digər rəqibləri Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovdur (Qazaxıstan). Karateçimiz avqustun 6-da qüvvəsini sınayacaq.

Qadın karateçimiz İrina Zaretska da B qrupunda yarışacaq.

O, +61 kq çəki dərəcəsində Meltem Hocaoğlu (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) ilə döyüşəcək. Qrupun görüşləri avqustun 7-də olacaq.

İki qrupdan ibarət olan yarışların hər qrupunda 5 karateçi mübarizə aparacaq. Reqlamentə əsasən ilk iki yeri tutacaq idmançılar yarımfinala yüksələcək.

Qrup birinciləri yarımfinalda ikincilərlə üz-üzə gələcək. Finala gedən yolda uduzan idmançılar isə bürünc medala yiyələnəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular