TOKİO-2020: Badmintonçumuz uduzdu

28 İyul 2021 15:55 Paris-2024 722
TOKİO-2020: Badmintonçumuz uduzdu

Tokio Olimpiadasında badminton yarışlarında ölkəmizi təmsil edən Edi Reski Dviçayo qrup mərhələsində sonuncu görüşünü keçirib.

Danimarkalı Anders Antonsenlə qarşılaşan indoneziyalı legionerimiz təəssüf ki, görüşdən məğlub ayrılıb. İlk set rəqibin 21:16 hesablı qələbəsi ilə yekunlaşıb.

2-ci setdə də təmsilçimiz vəziyyəti dəyişə bilməyib. Edi Reski Dviçayo bu dəfə 15:21 hesabı ilə məğlub olub.

Bununla da 1\8 finala qrup lideri kimi Danimarka badmintonçusu vəsiqə qazanıb. Badmintonçumuz isə Tokio-2020 ilə vidalaşan 19-cu idmançımız olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!