TOKİO-2020: Murad Fətiyev monqola uduzdu

27 İyul 2021 09:40 Tokio-2020 742
TOKİO-2020: Murad Fətiyev monqola uduzdu

Tokio Olimpiadasında bu gün mübarizəyə qoşulan 2 təmsilçimizdən biri artıq çıxışını başa vurub.

Kişi cüdoçular arasında 81 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev ilkin mərhələni texniki qələbə ilə adlayıb.

Syerra-Leonedən olan rəqibi Frederik Harris tatami üzərinə çıxmadığından Murad güləşmədən 1/8 finala vəsiqə alıb.

Burada isə onun qarşısını İran əsilli Monqolustan cüdoçusu Səid Mollaye kəsib.

Olimpiadada ilk dəfə iştirak edən Fətiyev görüşdən məğlub ayrılıb. Murad Tokioda mübarizəni mükafatsız başa vuran 5-cü cüdoçumuz, ümumilikdə isə 17-ci idmançımız oldu.

Bu gün mübarizəyə qoşulacaq digər təmsilçimiz isə indoneziyalı legioner Edi Reski Dviçahyo olacaq. O, badminton yarışında Azərbaycanı təmsil edəcək.

SPORTİNFO. AZ

Xəbər Lenti