TOKİO-2020: Bir medal ümidimiz də bitdi

26 İyul 2021 10:25 Tokio-2020 1 070
TOKİO-2020: Bir medal ümidimiz də bitdi

Taekvondoçumuz Milad Beyqi Herçeqani Tokio Olimpiadasında mübarizəni dayandırıb. Bir qədər əvvəl başa çatan döyüşdə o özbəkistanlı Nikita Rafaloviçə uduzub. İlk hissəni özbək idmançısı 2:0 irəlidə bitirib. Növbəti 2 dəqiqəlik bölümdədə Herçeqani vəziyyəti dəyişə bilməyib və hesabdakı fərq 4 xala çatıb.

Sonuncu hissədə taekvondoçumuz daha zəif döyüşüb və yekunda 1:12 hesabı ilə uduzaraq olimpiadada mübarizəni dayandırıb.

Qeyd edək ki, Rio Olimpiadasında bürünc mükafata layiq görülən Milad Beyqi Herçeqani Tokio-2020-də əsas medal ümidlərimizdən sayılırdı.

SPORTİNFO.AZ

Xəbər Lenti