TOKİO-2020: Basketbolda sensasiya

25 İyul 2021 18:40 Paris-2024 970
TOKİO-2020: Basketbolda sensasiya

Tokio Olimpiadasında kişi basketbolçuların yarışında elə ilk gündə sensasiya qeydə alınıb.

İştirak etdiyi bütün yarışların bir nömrəli favoriti sayılan ABŞ yığması ilk turda gözlənilmədən Fransaya uduzub - 76:83. Hərçənd amerikalılar ilk periodu 8 xal irəlidə tamamlamışdı.

Bu, amerikalı basketbolçuların 2004-cü ildən sonra Olimpiya Oyunlarında ilk məğlubiyyətidir. Sonuncu dəfə MBA ulduzları Afina-2004-ün yarımfinalında Argentinaya uduzmuşdu. Ondan sonrakı 3 olimpiadanın hər birində keçirdikləri 8 matçın hamısını qələbə ilə başa vurublar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM