Tokio-2020: Boksçumuzun qanlı məğlubiyyəti

24 İyul 2021 15:22 Paris-2024 923
Tokio-2020: Boksçumuzun qanlı məğlubiyyəti

Azərbaycan milli komandası Tokio-2020-də boks növündə 2-ci məğlubiyyətlə üzləşib.

69 kq çəki dərəcəsində ölkəmizi təmsil edən kubalı legioner Lorenzo Sotomayor Gürcüstan idmançısı Əsgərxan Madiyevlə qarşılaşıb.

Riodakı son Olimpiya Oyunlarının gümüş medalçısı olan Sotomayor ilk raundda gənc rəqibinə 2:3 hesabı ilə uduzub.

2-ci raundda boksçumuz sifətindən bir neçə zərbə alıb və yekunda 5 hakimdən 4-ü rəqibin xeyrinə qərar verib.

Sonuncu hissədə 36 yaşlı təmsilçimiz kortəbii irəli atılsa da, Madiyev inamla müdafiə olunub və raundun bitməsinə 1.27 dəqiqə qalmş Sotomayor qaşının partlaması nəticəsində döyüşü dayandırmalı olub.

Bununla da kubalı legionerimiz üçün karyerasının sonuncu Olimpiya OyunlarI başa çatıb.

Xatırladaq ki, boksçularımızdan Tokioda ilk olaraq rinqə çıxan Tayfur Əliyev (57 kq) hakimlərin mübahisə doğuracaq qərarı nəticəsində Vyetnam idmançısına uduzaraq Olimpiadada mübarizəni dayandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu