Azərbaycan millisi qələbə ilə başladı - AÇ-nin təsnifat mərhələsinə

9 Dekabr 2023 00:10 Tennis 307
Azərbaycan millisi qələbə ilə başladı - AÇ-nin təsnifat mərhələsinə

Kişi badmintonçulardan ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının təsnifat mərhələsinə qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, yığma qrupdakı birinci görüşündə Norveçi üstələyib.

Heyətində Edi Reski Dviçayo, Muhammad Kadafi, Aqil Qəbilov, Diki Pangestu və Rəvan Niftəliyevin yer aldığı yığmamız rəqibini 4:1 hesabı ilə məğlub edib.

Milli qrupda növbəti oyununu dekabrın 9-da İrlandiyaya qarşı keçirəcək. İrlandlar da ilk görüşlərində Norveçə 3:2 hesabı ilə qalib gəliblər. Qrup liderini müəyyənləşdirəcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Avropa çempionatının təsnifat mərhələsi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.

Digər Xəbərlər
Xəbər Lenti