Minayə medalı təmin etdi - Avropa çempionatı:

8 Aprel 2021 18:20 Taekvondo 632
Minayə medalı təmin etdi - Avropa çempionatı:

Azərbaycan taekvondoçusu Minayə Əkbərova Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 46 kq-da mübarizə aparan idmançı 1/4 finalda bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək, növbəti raunda vəsiqə qazanıb.

Görüşün əsas vaxtı heç-heçə başa çatıb - 2:2. Əlavə vaxtda 2:0 hesablı qələbə qazanan taekvondçu ən azı bürünc medalı özü üçün təmin edib.

Əkbərova yarımfinalda rusiyalı Larisa Medvedeva ilə qarşılaşacaq.

Minayə Əkbərova 1/8 finalda Almaniya təmsilçisi Özlem Gürüzü mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti