
Azərbaycanı qadınlar arasında Çempionlar Liqasının 2025/26 mövsümündə təmsil edəcək komanda müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, “Neftçi” ardıcıl ikinci dəfə qitəmiqyaslı turnirdə iştirak edəcək.
Bakı klubu bu hüququ AFFA Yüksək Qızlar Liqasının qalibi olmaqla qazanıb. “Ağ-qaralar” 1-ci yeri 13-cü turda əldə edib.
Baş məşqçi Siyasət Əsgərovun yetirmələri “Dirçəliş” üzərində 3:0 hesablı qələbə qazanmaqla çempionluğu rəsmiləşdirib.
12 oyundan sonra 36 xal toplayan “Neftçi” turnir cədvəlindəki ən yaxın izləyicisi “Sumqayıt”ı 10 xal qabaqlayır.