
Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" baş məşqçi Selçuk İnanla yolları ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssis 2023/2024 mövsümündən Qaziantep klubunu çalışdırırdı.
"Qaziantepspor" S.İnanın rəhbərliyi altında Türkiyə Super Liqasının cari mövsümdə meydana çıxdığı 33 matçda 12 qələbə qazanıb, 6 heç-heçə edib.
Bu görüşlərin 15-də məğlubiyyətlə üzləşən komanda hazırda 42 xalla 12-ci pillədədir.