Ronaldo bu yay “Əl-Nəsr”i tərk edəcək? - SON İDDİA!

10 May 2025 15:40 Dünya futbolu 676
Ronaldo bu yay “Əl-Nəsr”i tərk edəcək? - SON İDDİA!

Kriştiano Ronaldo cari mövsüm başa çatdıqdan sonra “Əl-Nəsr”i tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Portuqaliyalı hücumçunun bu qərarı qarşıdan gələn Klublararası dünya çempionatında iştirak etmək istəyi ilə əlaqələndirilir. Turnir 14 iyun -13 iyul tarixlərində ABŞ-da keçiriləcək.

40 yaşlı futbolçu yarışa vəsiqə qazanmış klublardan gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Ronaldo 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”in formasını geyinir. Onun klubla müqaviləsinin müddəti bu ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti