"Qalatasaray" Trabzonda çempionluğun qapısını lap bərk döydü - VİDEO

11 May 10:15 Türkiyə 209
"Qalatasaray" Trabzonda çempionluğun qapısını lap bərk döydü - VİDEO

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Qalatasaray” ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisinin qollarını Abdulkerim Bardakçı və Alvaro Morata vurub.

İkinci yerdə qərarlaşan "Fənərbaxça"dan 8 xal irəlidə olan "Qalatasaray" 86 xalla liderliyini davam etdirir. "Trabzonspor" isə 46 xalla 8-ci pillədə yer alıb.

"Trabzonspor” - “Qalatasaray” 0:2

Qollar: A.Bardakçı,66, A.Morata,84

Digər Xəbərlər
Xəbər Lenti