
Türkiyə Super Liqasında çıxış edən "Hatayspor"da dünən ayrılıq yaşanıb.
Vinsen Abubakar komandanı tərk edib.
Mövsümün əvvəlində komandaya qoşulan kamerunlu hücumçu ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verilib.
33 yaşlı forvard bu mövsüm çıxış etdiyi 28 matçda 8 qol, 2 assistlə yadda qalıb.
"Beşiktaş"ın sabiq ulduzu karyerasını bundan sonra Azərbaycanda davam etdirə bilər. Menecerlər afrikalını "Qarabağ"a gətirmək üçün hərəkətə keçib.
Agentlər onun xidmətini "köhlən atlar"a təklif eləyib. Abubakar bir neçə illik aradan sonra yenidən Çempionlar Liqasında forma geyinmək arzusundadır.
O, bu məqsədinə çatmaqdan ötrü maliyyə şərtlərində Azərbaycan çempionuna güzəştə getməyə də hazırdır.
SPORTİNFO.AZ