Azərbaycanlı federasiya prezidenti getmədiyi İrəvanda İcraiyyə Komitəsinə seçildi

10 May 2025 11:20 Karate 1 229
Azərbaycanlı federasiya prezidenti getmədiyi İrəvanda İcraiyyə Komitəsinə seçildi

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinə yenidən üzv seçilib.

Sportinfo.az "prosport.az"a istinadən xəbər verir ki, müəyyən səbəbdən İrəvana gedə bilməsə də, Yaşar Bəşirov səsvermə nəticəsində qalib elan olunub.

O, 2029-cu ilədək EKF İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.

Avropa Karate Federasiyasının prezidenti Dünya Karate Federasiyasına da rəhbərlik edən ispaniyalı Antonio Espinosdur. Baş katib isə Xorvatiya Karate Federasiyasının prezidenti Davor Çipekdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!