“Neftçi” rəhbərliyi Samir Abasovun qarşısına elə məqsəd qoydu ki… SON DƏQİQƏ!

13:00 Neftçi 1 739
“Neftçi” rəhbərliyi Samir Abasovun qarşısına elə məqsəd qoydu ki… SON DƏQİQƏ!

«Neftç»in gələn mövsüm üçün məqsədi məlum olub.

«Ağ-qaralar» avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq.

Bu, klub rəhbərliyinin Samir Abasov qarşısında qoyduğu hədəfdir.

Baş məşqçi istər Premyer Liqada, istərsə də ölkə kubokunda uğurlu nəticələr qazanacaqlarına, azarkeşləri sevindirəcəklərinə dair «yuxarı»ya vəd verib.

«Neftçi»də çoxdan gözlənilən toplantı, nəhayət, baş tutub.

Müşahidə Şurasının bəzi üzvlərinin də iştirak etdiyi yığıncaqda komandanın bu mövsümdəki çıxışı geniş müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş sayılıb. İclasda bir çox irad və təkliflər səsləndirilib.

Baş məşqçi ilə bağlı məsələ də burada masaya yatırılıb. Ötən ilin oktyabrında Roman Qriqorçuku əvəzləmiş Samir Abasovun postunda saxlanılması lazım bilinib.

Ona gələn mövsüm görüləcək işlərlə bağlı plan hazırlaması tapşırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti