“Neftçi”dəki 7 hücumçu – Bakıdan gedəndən sonra kim nə edib?

10 May 21:00 Neftçi 448
“Neftçi”dəki 7 hücumçu – Bakıdan gedəndən sonra kim nə edib?

“Neftçi” son illərdə hücumçularla bağlı əsl böhran yaşayır.

Düzdür, vəziyyət hər mövqedə bərabaddır. Lakin söhbət hegemon klubdan gedirsə, burada diqqəti ən çox çəkən hücumçular çəkir.

Sual yaranır – həqiqətənmi “Neftçi”yə gələn forvardların səviyyəsi aşağı olur, yoxsa komandadakı vəziyyət, düşdükləri mühit, oynadılar futbol onlara məhsuldarlıq nümayiş etdirmək imkanı vermir?

Mövzuya aydınlıq gətirmək üçün son 3-4 ildə ağ-qara formanı geyinib, sonradan başqa ölkələrə üz tutan futbolçuların statistikasına nəzərə saldıq. Ki, görək, üz tutduqları klublarda da bərbad çıxışla yadda qalıblar, yoxsa yox.

Təbii ki, Avropada xarüqələr yaradan Mateus Saldanyanı nəzərə almadan. Çünki o, məhz Azərbaycanda nəyə qadir olduğunu göstərərək skautların diqqətini çəkmişdi.

Ahmed Ahmedov

“Slaviya Sofiya” (Bolqarıstan) – 35 oyun, 5 qol

“Sparta Varna” (Bolqarıstan) – 57 oyun, 40 qol, 11 assist

“Şimizu S-Puls” (Yaponiya) – 11 oyun, 1 qol

Tyaqo Bezerra

“Əl-Oruba” (Səudiyyə Ərəbistanı) – 45 oyun, 29 qol, 3 assist

“Əl-Cubail” (Səudiyyə Ərəbistanı) – 12 oyun, 4 qol, 2 assist

Ramon Maçado

Qəbələ – 37 oyun, 10 qol, 4 assist

“Sabah” (Malaziya) – 27 oyun 18 qol, 4 assist

Araz-Naxçıvan – 30 oyun, 5 qol, 8 assist

Qodsvey Donyo

“Apollon Limassol” (Kipr) – 13 oyun, 3 qol, 2 assist

“Hapoel Hadera” (İsrail) – 36 oyun, 6 qol, 4 assist

Aaron Olanare

“Molde” (Norveç) – 19 oyun, 5 qol, 2 assist

Lukas Melano

“Mayami” (ABŞ) – 11 oyun, 1 qol

Brayan Moreno

ÇSKA (Bolqarıstan) – 3 oyun

Bu da “ağ-qaralar”ın keçmiş hücumçularının buradan ayrılandan sonrakı karyerası. “Neftçi”yə layiq olmayan futbolçulardır, yoxsa Azərbaycanda düşdükləri mühit ürəklərincə olmayıb?

Söz sizindir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...