"Çalışacağıq ki, ağlımızdan bunu çıxaraq" - "Sumqayıt"lı müdafiəçi

28 Aprel 2020 21:40 Sumqayıt 1 137
"Çalışacağıq ki, ağlımızdan bunu çıxaraq" -

"Sumqayıt"ın müdafiəçisi Sertan Taşkın Sportinfo.az-a müsahibə verib.

- Aktiv həyat tərzi yaşayan biri üçün uzun müddət evdə qalmaq çox çətindi?

- Bu vəziyyətə uyğunlaşmaq çətindir. Günlər çox sıxıcı keçir. Futbol üçün darıxırıq.

- Arxadan qalan müddətdə boş vaxtlarını daha çox nəyə sərf edirdin?

- İnanırsız ki, baxmadığım kino qalmadı. Kinoların hamısına baxıb bitirmişəm. İki kitab da oxumuşam. Yəni bu qədər çox vaxtım olub (gülür).

- Mayın 4-ü karantin başa çatsa, məşqlər bərpa olunacaq. İlk tur isə mayın 23-nə nəzərdə tutulub. Bu müddətdə formaya düşmək mümkün olacaq?

- 15 gün məşqlərə vaxtımız olacaq. Yanvarda olan toplanış müddəti də 15 gün olurdu. Bu baxımdan inanıram ki, forma yığa biləcəyik.

- Fasilə müddətində davamlı olaraq fərdi məşqlər edirdiniz. Səncə, gələcəkdə bunun xeyiri çoxmu olacaq?

- Əlbəttə. Biri var heç nə etməyəsən, biri də var gündə 40 dəq, 1 saat məşqlər edəsən. Heç olmasa tərləmişik.

- Çempionatın qalan oyunları azarkeşsiz keçiriləcək. "Sumqayıt" isə oyunlarına ən çox azarkeş gələn klublarımzdandır. Düşünmürsən ki, bu baxımdan ən böyük ziyan sizə dəyəcək?

- Əlbəttə, azarkeşlərsiz oynamaq çətin olacaq. Ev oyunlarımıza çox azarkeş gəlirdi. Bu dəstəyi hər zaman hiss etmiş və buna uyğunlaşmışıq. Çalışacağıq ki, ağlımızdan bunu çıxaraq.

- FİFA əvəzetmələrin sayını 3-dən 5-ə qaldırmağı təklif edib. Səncə, bunun futbola nə kimi faydası dəyə bilər?

- Bu haqda indi tam olaraq nəsə deyə bilmərəm. Gələcəkdə bilinəcək, faydalıdır, ya yox.

- Çempionatın startına kimi yoxlama görüşlərinin olmasına ehtiyac varmı?

- Məncə, bu, baş tutsa, yaxşı olar. Minimum 2 oyun olmalıdır.

- Çempionatın son bölümü nisbətən sıx qrafiklə keçiriləcək. "Sumqayıt" isə həm də ölkə kubokunda çıxışını davam etdirir. Mübarizə aparmaq çətin olmayacaq?

- Həkimlərimiz, məşqçilərimiz var. Hər şey onların nəzarəti altında olacaq. Bunların hamısını yəqin ki, fikirləşiblər.

Xanoğlan İmanov

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı