"Ora gedə bilməyəcəkdim, bu, indi mənə problem deyil"

2 Mart 2020 13:26 Sumqayıt 626
"Ora gedə bilməyəcəkdim, bu, indi mənə problem deyil"

"Sərhədlərin bağlanması mənim üçün problem deyil. Açıq olsaydı belə, gedə bilməyəcəkdim. Çünki hazırda Premyer Liqada oyunlarımız var".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Sumqayıt"ın təbrizli hücumçusu Peyman Babayiyə məxsusdur.

Ötən mövsümdən ölkəmizdə çıxış edən cənubi azərbaycanlı forvard Azərbaycan - İran sərhədinin bağlanmasına münasibət bildirib:

"İstirahətimiz yoxdur ki, çıxıb gedim. İnsan ilk növbədə özü-özünə dəyər versə, heç vaxt bu iş olmaz. İnanıram ki, tezliklə sərhədlər açılacaq. Hamımızın arzusu koronavirusun tezliklə insanlardan uzaqlaşmasıdır".

Hazırda Peyman Babayi 7 qolla Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirləri sırasında yer alıb.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!