Premyer Liqaya iddia edən bölgə klubuna 2 legioner “hədiyyə” olundu

12 Sentyabr 2024 13:00 Sumqayıt 2 446
Premyer Liqaya iddia edən bölgə klubuna 2 legioner “hədiyyə” olundu

“Sumqayıt” rəhbərliyi I Liqada mübarizə aparan “İmişli”yə yardım əlini uzadıb.

“Kimyaçılar” Premyer Liqaya vəsiqə qazanmaq iddiasında olan region klubuna 2 legioner “bağışlayıb”.

Braziliyadan olan əcnəbilər hazırda aşağı liqa təmsilçisinin düşərgəsindədir. Müdafiəçi və yarımmüdafiəçi mövqeyində çıxış edən “sambaçılar”la 1 illik müqavilə imzalanıb.

“İmişli”lər “Sumqayıt”lı həmkarları tərəfindən tapılan oyunçulara böyük ümid bəsləyir. Hər halda onlar çimərlikdən tapılıb gətirilməyib.

Digər tərəfdən, cütlüyün maliyyə şərtləri “gənclik şəhəri” təmsilıçisinin yönəticiləri tərəfindən qarşılanacaq.

Razılaşmaya görə, cənubi amerikalıların I Liqanın iştirak ərizəsinə salınması üçün tələb olunan 10 min manatı ödəməyi də “kimyaçılar” öz üzərinə götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda