COP29

Dilinə görə dilçəyi də olan Samir Abasov və komandası haqda MARAQLI VİDEO

10 İyun 18:00 Sumqayıt 734
Dilinə görə dilçəyi də olan Samir Abasov və komandası haqda MARAQLI VİDEO

Futbolumuzun ən hay-küylü, həm də dilinə görə dilçəyi olan baş məşqçisi Samir Abasovun mövsümlük işi təqdirəlayiqdir.

Nəhayət, yeni stadionuna qovuşan “Sumqayıt” bu arenada yayda Konfrans Liqasındakı rəqib və ya rəqiblərini qəbul edəcək.

Avrokuboklara gedən yol isə Samir Abasovun komandası üçün hec də rahat olmadı. Mşvsüm ərzində “Qarabağ”dan alınan 0:5 və 1:6 hesablı iki darmadağın sumqayıtlılar ücün acı bir xatirə oldu.

Amma dördüncü dövrədə elə həmin “Qarabağ” üzərində 10 minlik azarkeş önündə qələbə “Sumqayıt”ın avrokubok iddiasını artırdı.

Samir Abasovun komandasının 28-ci turdan başlayaraq ardıcıl 7 oyun uduzmaması, 21 mümkün xaldan 15-ni toplaması komandanın avrokuboklara vəsiqə qazanmasında mühüm rol oynadı.

Bəzən hakimlərin “Sumqayıt”a kömək etməsi ilə bağlı media və sosial şəbəkələrdə iddialar da səsləndi. Amma Samir Abasov və köməkçi məşqçilərin, futbolçuların əziyyətni yerə vurmaq olmaz.

Bu komanda olduğu yeri dişiylə, dırnağıyla mübarizə aparıb qazandı.

Futbol bu şəhərə çox yaraşır. “Sumqayıt” futbolsevərlərinə yaşatdığı sevinc dolu anlara görə komanda üzvləri - sıravi işçidən rəhbərinə qədər təşəkkürü haqq edir.

Konfrans Liqasında da Samir Abasov və komandasından əsl döyüşçü ruhunu nümayiş etdirmələrini gözləyirik.

“Neftçi” nə qazandısa, mənim dövrümdə qazandı” bu sözlərin də müəllifi elə həmin bu Samir Abasovdur.

Əlbəttə, Samir Abasov rəhmətlik Böyükağa Hacıyevdən sonrakı dövrü - son 10 ili nəzərdə tutub və düz də deyib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!