“Ayaqlar getmir, mövsümboyu bu heyətlə oynayacağımıza inanmıram”

12 Avqust 2024 04:30 Sumqayıt 1 761
“Ayaqlar getmir, mövsümboyu bu heyətlə oynayacağımıza inanmıram”

“Mövsümboyu bu heyətlə oynayacağımıza inanmıram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov deyib.

Kapitan yeni transferlərə ehtiyac duyduqlarını bildirib:

“Yəqin ki, qarşıdakı günlərdə komandaya yeni qoşulan futbolçular olacaq. Hazırda fiziki və psixoloji cəhətdən yorğunuq.

Biz də o deyilik. Ayaqlar getmir.

Premyer Liqanın ilk turunda “Kəpəz”ə ağıllı oyun və xarakter hesabına qalib gəldik.

Çalışacağıq ki, hazır olaq. Vaxtımız var. Dincəlmək lazımdır. Bir qədər psixoloji durum narahat edir.

Ümid edirəm ki, yaxınlarda daha yaxşı vəziyyətdə olarıq”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...