Azərbaycan klubu bosniyalı hücumçunu icarəyə götürdü - SON DƏQİQƏ

18 Avqust 2022 17:40 Sumqayıt 2 783
Azərbaycan klubu bosniyalı hücumçunu icarəyə götürdü - SON DƏQİQƏ

“Sumqayıt” yeni transfer çalışmasını həyata keçirib.

“Gənclik şəhəri” təmsilçisi bu dəfə legioner bazarına üz tutub.

“Kimyaçılar” axtardığı hücumçunu Serbiyada tapıb. Almir Aqanspahiclə anlaşma əldə olunub.

Premyer Liqa klubu onu “Çukariçki”dən 1 illik icarəyə götürüb. 25 yaşlı forvard Bosniya və Hersoqovinanın U-17, U-18 və U-21 yığmalarının formasını geyinib.

“Novi Qrad Sarayevo”nun yetirməsi indiyədək 8 klubun şərəfini qoruyub. Bosniayada “Sarayevo”, “Krupa” və “Čelik Zenica”nın uğurları üçün tər töküb.

Həmçinin Xorvatiyada “Osiyek”in, Norveçdə “Raufoss”, Serbiyada “Mladost Doboj Kakanj”, “Novi Pazar” və “Çukariçki”nin xidmətində dayanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti