“Sumqayıt” Sumqayıtı tərk etdi, təmir başladı

9 Sentyabr 2021 16:00 Sumqayıt 1 428
“Sumqayıt” Sumqayıtı tərk etdi, təmir başladı

“Sumqayıt”ın ev oyunlarını keçiridyi “Kapital Arena” təmirə bağlanıb.

Sportinfo.az-ın məlumatına görə, “kimyaçılar” bu səbəbdən müvəqqəti olaraq ”Dalğa Arena”ya üz tutub.

“Gənclik şəhəri” təmsilçisi hələ bir müddət Mərdəkanda hazırlıq keçəcək.

“Kapital Arena”nın təmirə bağlanması əsas və yardımçı meydançalarında yaranan problemlə əlaqədardır. Hər iki təbii qazona bakteriya düşüb və bununla əlaqədar icraçı şirkətin mütəxəssisləri işə cəlb olunub.

“Sumqayıt”ın bəxti onda gətirib ki, Premyer Liqanın növbəti 2 turunu səfərdə keçirəcək. Komanda 3-4-cü həftələrdə öncə “Səbail”in, ardınca “Qarabağ“ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti