“Sumqayıt”ın hakimləri bilindi - “Çukariçki” ilə cavab oyununda

25 İyul 2021 09:00 Sumqayıt 727
“Sumqayıt”ın hakimləri bilindi -  “Çukariçki” ilə cavab oyununda

Konfrans Liqasının ikinci mərhələsinin “Sumqayıt” – “Çukariçki” (Serbiya) oyunun hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, matça danimarkalı hakimləri təyinat alıb.

Görüşün baş hakimi Yorqen Burxardt, yan xətt hakimləri Lars Hummelqor və Nils Hoq, ehtiyat hakim isə Sandi Putros olacaq.

Bu komandaların cavab matçı iyulun 29-u Sumqayıtda keçiriləcək. Serbiyadakı ilk görüş heç-heçə yekunlaşıb (0:0).

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!