“Heç vaxt təslim olma, heç vaxt olmadığı kimi məşq et.
Arzulara çatmağa Allah imkan verir.
Xəyal qurdum, mübarizə apardım və Allahdan hara getsəm mənimlə olmasını istədim. Qismət oldu.
Yaxşı, köhnə xatirələr!”.
Bu sözlər “Xəzər Lənkəran”da çıxış etmiş Mario Souzaya məxsusdur.
“Xəzər”də məşhurluq tapan, “İnter”(İndiki “Şamaxı”) və “Simurq”da forma geyinmiş braziliyalı legioner Cənub klubunda yaşadığı günləri yada salıb.
O, “feysbuk” hesabındakı izləyiciləri üçün paylaşdığı Cənub təmsilçisində vurduğu fantastik qoluna yuxarıdakı sözləri yazıb.
XANOĞLAN / SPORTİNFO.AZ
Souzanın həmin qoluna aşağıdakı linkdə baxa bilərsiniz: