“Sərfəli və məni həvəsləndirəcək təklif olarsa, Azərbaycanda işləyərəm”

12:40 Sizdən Bizə 149
“Sərfəli və məni həvəsləndirəcək təklif olarsa, Azərbaycanda işləyərəm”

Rumıniyalı futbol mütəxəssisi Marius Şumuditsa Azərbaycanda işləməyə müsbət yanaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə 55 yaşlı çalışdırıcı özü məlumat verib.

O, yaxın vaxtlarda Azərbaycandan rəsmi təklif almadığını bildirib.

“Lakin sərfəli və məni həvəsləndirəcək təklif olarsa, Azərbaycanda işləyə bilərəm. Hazırda isə mənim üçün prioritet Türkiyəyə qayıdaraq orada fəaliyyət göstərməkdir”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Vaxtilə adı “Neftçi” ilə hallanan Marius Şumuditsa Türkiyənin “Qaziantep” “Rizəspor” “Yeni Malatyaspor” komandalarını çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti